16 
Iyn
2021
22:21
347

Bayden: "Putin və mən iki güclü dövlət arasındakı münasibətləri idarə etmək üçün ortaq bir məsuliyyət daşıyırıq"

"Putin və mən iki güclü dövlət arasındakı münasibətləri idarə etmək üçün ortaq bir məsuliyyət daşıyırıq, ortaq maraqların olduğu yerlərdə əməkdaşlıq edə bilməliyik".

InterPress.ge xəbər verir ki, bu barədə Cenevrədə Rusiya prezidenti ilə görüşdən sonra təşkil edilən mətbuat konfransında ABŞ prezident açıqlama verib.

Baydenin qeyd etdiyinə görə, Putinlə görüşü zamanı gündəminin heç kimə qarşı deyil, Amerika xalqının xeyrinə yönəldiyini söyləyib.

“Prezident Putinlə mən iki güclü dövlət arasındakı münasibətləri idarə etmək üçün misilsiz bir məsuliyyət daşıyırıq. Bu münasibətlər sabit və proqnozlaşdırılan olmalıdır, ortaq maraqların olduğu yerlərdə iş birliyi qurmağı bacarmalıyıq və fikir ayrılığımız olduğu yerlərdə Prezident Putinin dediklərimi niyə dediyimi və etdiyim bir şeyi niyə etdiyimi, həmçinin Amerikanın maraqlarına zərər verən hərəkətlərə necə münasibət göstərdiyimizi başa düşməsini istəyirəm. Prezident Putinə dedim ki, gündəmim Rusiyaya və ya kiməsə qarşı deyil, Amerika xalqının xeyrinə yönəlib.

Covid-19 ilə mübarizə aparmaq, iqtisadiyyatı canlandırmaq, dünyada müttəfiqlər və dostlar ilə əlaqələri bərpa etmək və Amerika xalqını qorumaq - bunlar mənim Prezident kimi vəzifələrimdir. Ona həmçinin dedim ki, ABŞ-ın heç bir prezidenti demokratik dəyərləri, təməl azadlıqları dəstəkləməsə Amerika xalqının etibarını qoruya bilməz. Mən ona insan haqlarının həmişə müzakirə masasında olacağını söylədim", - dedi Bayden.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər