19 
Iyn
2021
09:18
339

Almaniya əcnəbilərin ölkəyə səfər etməsinə icazə verdi

Almaniya vaksinasiyadan tam keçmiş və Avropa İttifaqı dövlətlərinin vətəndaşı olmayan şəxslərin ölkəyə girişinə icazə verəcək.

InterPress.ge xəbər verir ki, bu barədə “Dpa-international” agentliyi məlumat yayıb.

Almaniyaya səfər icazəsi səyahətin məqsədindən asılı olmayaraq bütün xarici ölkə vətəndaşlarına şamil ediləcək.

Hal-hazırda Avropa İttifaqına üzv olmayan ölkələrin vətəndaşları yalnız xüsusi hallarda Almaniya Federativ Respublikasının ərazisinə daxil ola bilərlər.

Qeyd olunur ki, peyvənd sertifikatı təkcə polislərlər deyil, həm də aviaşirkətlər tərəfindən yoxlanılacaq.

Xəbərdə həmçinin bildirilir ki, Almaniya hökuməti yalnız Avropa İttifaqı tərəfindən istifadəsinə icazə verilmiş vaksinləri etibarlı(“BioNTech/Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson&Johnson”) hesab edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər