19 
Iyn
2021
10:16
491

Marneuli bələdiyyəsindən müəllim milli mükafatın onluğunda yer alıb

Marneuli bələdiyyəsinin Maradisi kənd sakini, gürcü dili müəlliməsi Lamara Bolkvadze "Milli müəllim mükafatı" mın onluğunda yer alıb

InterPress.ge xəbər verir ki, Lamara Bolkvadze 25 ildir müəllimədir və o, hal- hazırda Marneuli bələdiyyəsinin Qasımlı və Maradisi kəndində gürcü dili və ədəbiyyatı müəlliməsidir.

Onun sözlərinə görə, o, bu müsabiqəyə yaxınlarının və şagirdlərinin xahişi ilə qatılıb.

"Bu müsabiqəyə qatılmaq fikrində deyildim, ancaq yaxınlarımın və şagirdlərimin xahişi əsasında aplikasiyani doldurdum. Kürdlərin qərarı ilə onluqda yer aldım. Uğura və kəndimizdə eləcə də icmamızda daha bir çox layihələr həyata keçirmək üçün mübarizə aparacağam"- Lamara Bolkvadze.

Qeyd edək ki, "Milli müəllim mükafatı" müsabiqəsi Gürcüstanda artıq beş ildir ki keçirilir. Müsabiqənin məqsədi müəllimləri həvəsləndirmək və ictimaiyyətə tanıtmaqdır. "Milli müəllim mükafatı 2021"- in finalı isə 5 oktyabr tarixində baş tutacaq və qaliblər elan olunacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər