20 
Iyn
2021
17:25
1098

Qardabani kənd sakinləri etiraz aksiyası keçirir - FOTO

Qardabani bələdiyyəsinin Qrcanisi kəndinin əhalisi aksiya keçirir.

InterPress.ge xəbər verir ki, yerli sakinlərini içməli su problemi narahat edir.

"25 ildir burada yaşayıram və o gündən bu günədək içməli suyun olmamasından əziyyət çəkirik. Gəlirlər söz verirlər ancaq heç bir nəticə vermir, problem olaraqda qalmaqda davam edir. Sayğaclar quraşdırılaraq, ancaq faydası nə? Qurulan sayğaclar da xarab olub. Bu isti havalarda susuz necə qalmaq olar?" - yerli sakinlərdən biri qeyd edir.

Aksiyanın baş tutduğu əraziyə Qardabani bələdiyyəsinin meri Ramaz Budağaşvili getmişdi və o, əhali ilə görüşərək sözügedən problemin tezliklə aradan qaldırılacağını bildirdi.

"Şirkət rəhbərliyi ilə danışıqlarımız baş tutdu. Sabah suyu verəcəklər. Həftənin çərşənbə axşamı gəlib sizinlə görüşəcəyik və problemin həlli yolları haqqında söhbət edəcəyik. Bu istiqamətdə işlər aparılır, gələcəkdə sizi başqa şirkət su ilə təmin edəcək və birdəfəlik bu problem öz həllini tapacaq"- Ramaz Budağaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər