01 
Iyl
2021
21:06
445

"Tbilisi Pride" çərçivəsində ilk tədbir keçirilir

"Tbilisi Pride" çərçivəsində ilk tədbir keçirilir.

InterPress.ge xəbər verir ki, nümayişdə pride təşkilatçıları, qeyri-hökumət sektorunun və diplomatik korpusun nümayəndələri iştirak edir.

Radikal qrupların nümayəndələri tədbirin qonaqları əraziyə gəldikdə yumurta və butulka atmağa başlayıblar. Qonaqlar arasında səfirlər, siyasətçilər və qeyri-hökumət təşkilatlarının nümayəndələri var.

Radikal qruplar təkcə "Tbilisi Pride"ın təşkilatçılarına və qonaqlarına deyil, həm də mediaya qarşı aqressiv davranıblar. Onlar jurnalistləri təhqir etməyə çalışıblar və fiziki zorakılıqdan çəkinməyiblər.

Polis radikal qrupların 12 üzvünü inzibati qaydaya əsasən saxlayıb.

Bizimlə əlaqə saxlayın