04 
Iyl
2021
17:18
721

Bolnisidə qutularla çirkləndirilmiş çayda təmizlik aksiyası keçirildi - Aksiya ötən gün çaya qutu atan gənc də qatıldı

Tene şirkəti Bolnisidə təmizlik aksiyası təşkil etmişdi. Aksiyada şirkət üzvləri ilə bərabər plastik qutuları Xram çayına atan şəxs və yerlilər də iştirak edirdi.

InterPress.ge xəbər verir ki, bu barədə şirkət öz Facebook səhifəsində yazıb.

"Bildiyiniz kimi Tene komandası Bolnisidə plastik qutularla çirkləndirilən çayı təmizləmək qərarına gəldi. Plastik qutuları çaya axıdan şəxsi və onun kafesini də tapdıq. O, qutuları hara atacağını bilmədiyindən dolayı bu addımı atdığını və tutduğu əməl ilə fəxr etmədiyini söylədi. Tene və kafe rəhbərliyi hər 10 gündən bir yığılmış plastik qutuları Tene şirkətinə emal məqsədilə təhvil veriləcəyinə dair razılığa gəlindi. Nəqliyyat prosesini isə Titanlar təmin edəcək"- şirkətin Facebook səhifəsində qeyd olunub.

Aksiyanın sonunda isə bütün iştirakçılara Tene tərəfindən hazırlanan ekodostluq USB kabelləri hədiyyə edildi.

Təmizlik aksiyasının dəstəkçisi isə CENN Entrepreneur idi.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər