05 
Iyl
2021
14:12
378

Tamar Qabunia: "Kütləvi peyvəndləmə proqramı başladı"

Gürcüstan Səhiyyə nazirinin müavini Tamar Qabunia, Tbilisi Respublika Xəstəxanasında davam edən peyvəndləmə prosesi ilə yaxından tanış olub.

InterPress.ge xəbər verir ki, bu barədə Qabunia jurnalistlərə açıqlama verib.

Onun qeyd etdiyinə görə, elektron aşılama qeydiyyatı portalındakı problemlər aradan qaldırılıb və vətəndaşlar qeydiyyatdan keçə bilərlər.

Onun sözlərinə görə, bu səhərə olan məlumatlara əsasən 20 min nəfər "Sinopharm" üçün qeydiyyatdan keçib.

“Bu gün kütləvi aşılama proqramına başladıq. Son 2 gündür ki, problem yaranan elektron portal tam fəaliyyət göstərir və bu mərhələdə vətəndaş sərbəst qeydiyyatdan keçə bilərlər. Bu səhərə olan məlumatlara görə, "Sinopharm" peyvəndi üçün artıq 20.000 nəfər qeydiyyatdan keçib. 15-22 qaynar xətti də aktivləşdirildi.

Yeni qaynar xətt - 1443 nömrəsi də aktivləşdirildi, vətəndaşlar qeydiyyatla bağlı suallar və problemlər yarandıqda bu nömrəyə zəng edə bilərlər”, - deyib Tamar Qabunia.

Məlumat üçün bildirək ki, 3 iyulda Gürcüstanın Səhiyyə Nazirliyinin verdiyi məlumata görə peyvənd üçün qeydiyyat portalına - booking.moh.gov.ge-yə kütləvi kiber hücum həyata keçirilib.

Booking.moh.gov.ge peyvənd portalına edilən kiber hücumla bağlı istintaq iki maddə altında başlayıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Gürcüstan Cinayət Məcəlləsinin 285 və 286-cı maddələri ilə istintaq aparılır ki, bu da kompüter məlumatlarının və ya kompüter sisteminin qanunsuz istifadəsi və pozulmasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın