05 
Iyl
2021
16:11
444

İrakli Kobaxidze Tbilisidə baş verənlərə münasibət bildirdi

"Həqiqət budur ki, praydın məqsədi kiminsə hüquqlarını qorumaq deyildi, bunun arxasında subyektiv siyasi maraqlar durdu".

InterPress.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze partiya ofisindəki brifinqdə deyib.

Onun sözlərinə görə, Tbilisidə baş verənlər yalnız praydın arxasında duran radikal müxalifətin, "Milli Hərəkat"ın və onun tərəfdaş partiyalarının maraqlarına uyğundur, çünki onlar illərdir ictimai mübahisə və anti-Qərb əhval-ruhiyyəsi yaratmağa çalışıblar.

"Praydın təşkilatçılarını, planladıqları hərəkətin rəqiblərin qəzəbinə və vəziyyətin gərginləşməsinə səbəb ola biləcəyi barədə xəbərdar etdik. Bu şərtləri nəzərə alaraq onları aksiya təşkil etməkdən çəkinməyə çağırırdıq. Baş nazir İrakli Ğaribaşvili bu gün praydın təşkilatçılarını məhz buna çağırdı. Həqiqət budur ki, praydın məqsədi kiminsə hüquqlarını qorumaq deyildi, bunun arxasında subyektiv siyasi maraqlar durdu. Hər kəsə xatırlatmaq istərdim ki, Tbilisidə baş verənlər yalnız praydın arxasında duran radikal müxalifətin, "Milli Hərəkat"ın və onun tərəfdaş partiyalarının maraqlarına uyğundur. İctimai mübahisələr, vəziyyətin gərginləşməsi, Qərb əleyhinə hisslərin təşviqi bu siyasi qüvvələrin uzun illərdir can atdıqları şeydir. Hər kəsi hökumət əleyhinə qüvvələrin vəziyyəti onların ssenarilərinə uyğun inkişaf etdirməsinə imkan verməməyə çağırıram", - deyib Kobaxidze.

O, media təmsilçilərinə qarşı zorakılıqları da şərh edərək, xüsusilə jurnalistlərə qarşı edilən zorakılığın heç bir düzgün yanının olmadığını və hər bir belə faktın ciddi bir hüquqi cavab tələb etdiyini qeyd edib.

“Bu gün Tbilisi küçələrində gördüyümüz şiddət faktlarına cavab vermək istəyirəm. Xüsusilə jurnalistlərə qarşı edilən zorakılığın heç bir düzgün yanı yoxdur və hər bir belə fakt ciddi bir qanuni cavab tələb edir. Etirazçıların sayı və obyektiv mühitə görə vəziyyətin idarə edilməsinin çətin olduğunu başa düşürük, lakin hüquq-mühafizə orqanlarını zorakılığın və vəziyyətin gərginləşdirilməsini aradan qaldırmaq üçün əllərindən gələni etməyə çağırıram", - qeyd edib İrakli Kobaxidze.

Bizimlə əlaqə saxlayın