07 
Iyl
2021
14:42
339

Marneulidə Futbol üzrə Həvəskarlar Liqasının seçmə mərhələsinin final matçı keçirilib

Marneulidə Futbol üzrə Həvəskarlar Liqasının seçmə mərhələsinin final matçı keçirilib.

InterPress.ge Marneuli meriyasına istinadən xəbər verir ki, Gürcüstanın Həvəskar Futbol Assosiasiyasının təşəbbüsü ilə, Gürcüstanda Futbol üzrə Həvəskarlar Turniri keçirilir.

Həvəskarlar Liqasının ilk mərhələsindəki seçmə matçlar bələdiyyə səviyyəsində keçirilir. Marneuli bələdiyyəsindəki turnirdə 4 komanda iştirak edir: Alget, Qızılhacılı, Tamarisi və Çereteli.

İyulun 6-da, Çereteli kəndində baş tutan finalda, Tamarisi və Çereteli komandaları qarşılaşdılar.

Final, Çereteli komandasının qələbəsi ilə sona çatdı. Sözügedən komanda, Kvemo Kartli bölgəsi üzrə regional səviyyədə yarışmağa davam edəcək.

Marneuli bələdiyyəsinin merinin səlahiyyətlərini icra edən Zaur Tabatadze və Bələdiyyə sədri Amiran Qiorqadze final görüşə qatılaraq, kuboku qalib komandaya təqdim etdilər.

Bizimlə əlaqə saxlayın