Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Kaxa Kaladze: "Bakı, buranın mədəniyyəti, ənənələri, insanları məni həmişə valeh edib"

538
Kaxa Kaladze: "Bakı, buranın mədəniyyəti, ənənələri, insanları məni həmişə valeh edib"
Dinləmək üçün basın

"Bakı şəhərinə gəlmək mənim üçün həmişə xoşdur. Bakı, buranın mədəniyyəti, ənənələri, insanları məni həmişə valeh edib".

"Bakı şəhərinə gəlmək mənim üçün həmişə xoşdur. Bakı, buranın mədəniyyəti, ənənələri, insanları məni həmişə valeh edib".

InterPress.ge xəbər verir ki, bunu Tbilisi şəhərinin meri Kaxa Kaladze iyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda çıxışı zamanı deyib.

K.Kaladze bildirib ki, şəhər gündən-günə gözəlləşir, abadlaşır, biz bunu alqışlayırıq: "Bugünkü səfər üçün bir daha təşəkkür edirəm. Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyiniz üçün sizə təşəkkür edirəm".

Tbilisi meri vurğulayıb ki, Gürcüstan da öz tərəfindən hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir: "Dünən qardaşlıq haqqında mühüm sənəd imzalandı. Lakin biz hər zaman qardaş olmuşuq, hər zaman bir-birimizə dost və dayaq olmuşuq. Şəxsən mənim üçün Azərbaycan çox yaxın ölkədir, burada çoxlu dostlarım var. Mən energetika naziri olanda da buraya gəlirdim, çoxlu dostlarım var və çox şadam ki, yenə burada, Bakıdayam".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →