Ekaterine Tikaradze mövcud epidemiya vəziyyəti ilə əlaqədar məhdudiyyətlərin tətbiq olunmasını müzakirə etməyə başlayacaqlarını istisna etmir.
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri İmedi kanalına verdiyi müsahibədə qeyd edib.
Tikaradze gələcəkdə hansı məhdudiyyətlərin olacağını dəqiq vurğulamayıb.
"Bu günkü infeksiyanın yayılması, keçən ilki nəticəni əldə etməmək üçün ağlabatan məhdudiyyətlərin qoyulmasının müzakirəsinə başlamağın vacib olduğunu göstərir" - deyə Tikaradze qeyd edib.
