Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Şarl Mişel 19 iyulda Salome Zurabişvili və Irakli Ğaribaşvili ilə görüşəcək

325
Şarl Mişel 19 iyulda Salome Zurabişvili və Irakli Ğaribaşvili ilə görüşəcək
Dinləmək üçün basın

Avropa Şurasının Prezidenti Şarl Mişel 19 iyulda Batumidə Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Ğaribaşvili ilə görüşəcək.

Avropa Şurasının Prezidenti Şarl Mişel 19 iyulda Batumidə Gürcüstan Prezidenti Salome Zurabişvili və Baş nazir İrakli Ğaribaşvili ilə görüşəcək.

InterPress.ge xəbər verir ki, Şarl Mişelin cədvəli Avropa Şurasının rəsmi saytında yayımlanıb.

19 iyulda Şarl Mişel Batum Beynəlxalq Konfransında çıxış edəcək.

Bundan əlavə, Avropa Şurasının Prezidenti Moldova Prezidenti Maia Sandu və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Elə həmin gün Şarl Mişelin Gürcüstan, Moldova və Ukrayna Prezidentləri ilə ortaq görüşü planlaşdırılır və bundan sonra mətbuat üçün konfrans keçiriləcək.

Xatırladaq ki, Gürcüstana səfərindən əvvəl Avropa Şurasının Prezidenti Şarl Mişel Ermənistana və Azərbaycana gedəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →