Bu gün Gürcüstanda müsəlmanların bir hisəsi Qurban bayramını qeyd edir
Bu gün, müsəlman dünyasının bir hissəsi Qurban bayramını, İslam dünyasının ən böyük bayramlarından birini qeyd edir.
InterPress.ge xəbər verir ki, Qurban bayramı Ramazan ayının 70-ci günündə qeyd olunur.
Qurban bayramı günü müsəlmanlar gün çıxmadan namaz qılırlar. Bayram namazı Tbilisi məscidində 06:00-da başladı.
“Qurban Bayramı həm milli, həm də ictimai baxımından müsəlmanların ən vacib bayramlarındandır. Bu, Allaha yaxınlaşmağın, insanlarla bölüşməyin bir yoludur. Gürcüstanın hər yerində namaz qılınır. Namazdan sonra qurban kəsiləcək və əti ehtiyaclı ailələrə paylanacaq. Bu bir tərəfdən sosial dəstəkdir. Bu gün həm qərbi, həm də şərqi Gürcüstanda təxminən 8000 ailəyə ətlə kömək edəcəyik" - deyə Şərqi Gürcüstan Müftisi Etibar Eminov qeyd edib.


