20 
Iyl
2021
11:14
366

Şarl Mişel, Vladimir Zelenski və Maia Sandu Gürcüstanı tərk etdi

Avropa Şurasımın Prezidenti Şarl Mişel, Ukrayna Prezidenti Vladimir Zelenski və Moldova Prezidenti Maia Sandu dünən gecə saatlarında Gürcüstanı tərk ediblər.

InterPress.ge xəbər verir ki, Prezidentlər "Avropa İttifaqının cəlbedicilik qüvvəsi və bölgənin çevrilməsi" adlı 17-ci Batumi Beynəlxalq Konfransında iştirak etmək üçün Gürcüstana gəlmişdilər.

Konfransda çıxış etməklə yanaşı, Şarl Mişel Parlamentdəki müxalifət partiyalarının nümayəndələri, Baş nazir İrakli Ğaribaşvili və Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstan səfərinə işğal xəttinə ziyarətlə başlayıb və səfərin sonunda Baş nazir İrakli Ğaribaşvili ilə görüşüb.

Bizimlə əlaqə saxlayın