1 USD =
3.1244 GEL
1 EUR =
3.7174 GEL
1 TRY =
0.3713 GEL
100 RUB =
4.2829 GEL
1 AZN =
1.8391 GEL
21 
Iyl
2021
13:50
1707

Yuxarı Saral kənd sakinləri qətlin təfərrüatlarından danışır...

Marneuli Bələdiyyəsinin Yuxarı Sarali kəndinin sakinləri keçmiş arvadının və qayınatasının gənc kişi tərəfindən öldürülməsinin, həmçinin qaynanasının və qayının yaralanmasının təfərrüatlarından danışıblar.

InterPress.ge kənd sakinlərinə istinadən xəbər verir ki, qadının keçmiş əri ilə aralarında münaqişə baş verib.

“2-3 ay bundan əvvəl boşandıqları zamanı aralarında münaqişə yaşanıb. Böyük uşaq birinci sinifdə oxuyur, qalanları isə hələ balacadılar. Cinayətkar sərt şəkildə cəzalandırılmalıdır ki, bu cür qəddarlıq bir daha təkrarlanmasın", - deyə kənd sakini qeyd edib.

Eyni zamanda, başqa bir qonşunun dediyinə görə, cinayəti törədən şəxs silah almaq üçün Tbilisidə olub.

“Dediklərinə görə, cinayətkar Tbilisiyə xüsusi olaraq odlu silah almaq üçün gəlmişdi. Kəndə qayıtdıqdan sonra axşam üstü qaynatasının evinə getdi və evdəki ailə üzvlərinə 8 dəfə atəş açıb. Keçmiş arvadı və qayınatası yerindəcə öldü, arvadın qardaşı və qaynanası isə xəstəxanaya aparıldı. Uşaqlar da ayaqlarından xəsarət aldılar, baxmayaraq ki, bunun təfərrüatları mənə məlum deyil. Münaqişənin səbəbi mənə məlum deyil. Çox güman ki, ailə zəminində fikir ayrılığı meydana gəlib ki, o, bu qəddarlığı edib", - deyə başqa bir qonşu qeyd etdib.

Xatırladaq ki, gənc oğlan keçmiş həyat yoldaşını və qayınatasını odlu silahla öldürüb, mərhumun qardaşını və anasını ağır yaralayıb. Yaralılar xəstəxanaya aparılıb.

Qətlə yetirilən qadının geridə 3 azyaşlı uşağı qalıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayətkar  artıq saxlanılıb.

Bizimlə əlaqə saxlayın