1 USD =
3.1244 GEL
1 EUR =
3.7174 GEL
1 TRY =
0.3713 GEL
100 RUB =
4.2829 GEL
1 AZN =
1.8391 GEL
21 
Iyl
2021
15:20
2231

Mərkəz rəhbəri toylarla bağlı çağırış etdi

"Çox ciddi bir dalğaya giririk".

InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

Onun sözlərinə görə, ölkədə epidemiya vəziyyəti getdikcə pisləşir və təhlükə ciddidir.

Qamğrelidze bir daha əhalini toylardan, yas mərasimlərindən, böyük ad günlərindən və digər məclislərdən çəkinməyə çağırıb.

"Təhlükə ciddidir, epidemiya vəziyyəti pisləşir və buna görə hamımız çox ciddi bir dalğaya girdiyimizi anlamalıyıq. Dünən və bugünkü məlumatlar may ayındakı pik həddi və noyabrın əvvəlində olanları təkrarlayır. Bunu iki şey dayandıracaq: qaydalara riayət etmək və toylardan, yas süfrələrindən, böyük ad günlərindən, böyük yığıncaqlardan və konsertlərdən çəkinmək və aşılanmaq", - deyib Qamğrelidze.

Bizimlə əlaqə saxlayın