Gürcüstanda zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayır.
Məlumata görə, zəlzələ Tbilisi vaxtı ilə 07:17-də Dmanisidən 26 km cənub-qərbdə, Sameba kəndi yaxınlığında baş verib və 3 bal gücündə olub.
