27 
Iyl
2021
10:15
503

Rustavi-Lilo yolunda at ilə avtomobil toqquşdu – Yaralılar var

Rustavi-Lilo yolunda at qəflətən "Mercedes" markalı avtomobil ilə toqquşub.

InterPress.ge xəbər verir ki, sürücü qəzadan qaça bilməyib və avtomobil ilə atı vurub.

Toqquşma nəticəsində heyvan yerindəcə ölüb, avtomobildə olanlar isə yüngül xəsarət alıblar. Xəsarət alanlara yerindəcə ilk tibbi yardım göstərilib.

Yolda bir neçə patrul polisi qrupu səfərbər edilib.

Verilən məlumata görə, yolun qəza baş verən hissəsində küçə işıqlandırması yoxdur.

Bizimlə əlaqə saxlayın