27 
Iyl
2021
12:49
425

Daxili İşlər Nazirliyinin yaxınlığında kişi özünü yandırdı

Bir nəfər Daxili İşlər Nazirliyinin yaxınlığında özünü yandırmağa çalışıb.

InterPress.ge xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Yaralı Xeçinaşvili klinikasına aparılıb. Hazırda vəziyyəti stabildir.

"Bədəninin 18%-də yanıq var, yaralanmalar alovdan qaynaqlanıb. Üst və alt ətraflarda, sinə nahiyəsində yanıqlar var. Yanma şoku var. Tənəffüs yollarının zədələnməsi sual altındadır. Hazırda vəziyyəti stabildir. Xəstə müalicəyə tabe olur. Ümid edirik ki, hər şey yaxşı bitəcək" - deyə yanıq mərkəzinin rəhbəri Quqa Kaşibadze qeyd edib.

Kişi Rustavi polislərini fiziki və şifahi zorakılıqda günahlandırıb.

Kişi şöbədə bir neçə polisin onu təhqir etdiyini söyləyib.

Verilən məlumata görə, İş Dövlət Müfəttişliyi tərəfindən araşdırılır.

Bizimlə əlaqə saxlayın