Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Qamğrelidze toylardan danışdı: "Qarşısı alınmalıdır"

1,097
Qamğrelidze toylardan danışdı: "Qarşısı alınmalıdır"
Dinləmək üçün basın

“Ölkədə epidemioloji vəziyyət olduqca ağırlaşıb”.

“Ölkədə epidemioloji vəziyyət olduqca ağırlaşıb”.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin rəhbəri Amiran Qamğrelidze qeyd edib.

Onun sözlərinə görə, bu gün Koordinasiya Şurasının iclasında əlavə hansı tədbirlərin görülməsinin lazım olduğuna və virusun yayılmasının qarşısını almaq üçün tövsiyyələrin verilməsinə dair müzakirə aparıblar.

Amiran Qamğrelidze, pandemiyanı məğlub etmə yolunda bir neçə vacib istiqamətin adını çəkib, bunlar arasında peyvənd üçün aktivlik və lazımi tövsiyyələrə düzgün əməl edilməsi də var.

“Bu gün şurada müzakirə etdiyimiz ilk istiqamətlərdən biri də peyvəndləmələri daha da intensivləşdirmək , eyni zamanda maksimal şəkildə qapalı məkanlarda maska taxmaqdır. Açıq yerlərə gəlincə, insanların toplaşdığı açıq yerlərdə , xüsusilə də seçkiqabağı dövrdə, maska taxmaq zəruri olacaq.

Əsas odur ki, böyük toplaşmalara tam qadağa qoyulsun, yas mərasimləri , toy, dəvətlər, konsertlər bütün bunların müvafiq şəkildə qarşısı alınmalıdır. Bundan başqa , sərhədə əlavə nəzarət etməklə yanaşı, xüsusən mehmanxanalarda yerləri səfərbər etmək lazımdır. Bu gün Koordinasiya Şurası tərəfindən tapşırıqlar verildi ki, həm yoluxmuş, həm də kontaktlara , yəni evində özünütəcrid şəraiti olmayan insanlara kömək üçün lazımi sayda otaq səfərbər edilsin. Dövlət , virusun ötürülməsi zəncirini qırmaq üçün onların təcrid olunmasına qayğı göstərsin” -deyə Amiran Qamğrelidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →