30 
Iyl
2021
10:34
1905

Gürcüstanda olan xarici vətəndaşların nəzərinə...

Gürcüstanda yaşamaq icazəsi olmayan xarici vətəndaşlar üç yerdə peyvənd oluna bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayır.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu yerlər Tbilisidə, Akademik Nikoloz Ğipşidze adına Mərkəzi Universitet Klinikası; Batumidə, Respublika Xəstəxanası; Kutaisidə, Çxobadze Əlillər və Yaşlılar üçün Tibbi və Reabilitasiya Klinik Mərkəzidir.

"Xatırlatmaq istərdik ki, aşılama proqramında aşağıdakı kateqoriyaya aid şəxslər iştirak edə bilər: Gürcüstan ərazisində qanuni olaraq yaşayan xarici vətəndaş / Gürcüstanda olan və gəlişindən ən azı üç ay keçmiş vətəndaşlığı olmayan şəxs (qanuni varlığı müvafiq viza, yaşayış icazəsi və ya vizasız rejimin müddəti ilə təsdiqlənir); "Gürcüstandan çalış" dövlət proqramında iştirak edən xarici vətəndaşlar və onların ailə üzvləri; Müvafiq təhsil müəssisəsinin təqdim etdiyi siyahıya əsasən Gürcüstanda təhsil alan (ölkəni tərk edə bilməyən) xarici tələbələr; Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin, səfirlik idarələrinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin, həmçinin, onlarla bərabər nümayəndəliklərin xarici əməkdaşları və onların ailə üzvləri; Rəsmi şəxsiyyət sənədinə malik olmasalar da, cəzaçəkmə müəssisəsində olan şəxslər; 164 nömrəli fərmana əsasən, ailə üzvü (uşaq, valideyn, həyat yoldaşı) Gürcüstan vətəndaşı olan xarici vətəndaşlar; Vaksinasiya prosesində vətəndaşlığından asılı olmayaraq Gürcüstanın işğal olunmuş ərazilərinin sakinləri, işğal olunmuş ərazilərdə diplomatik nümayəndəliklər və beynəlxalq donor təşkilatları tərəfindən maliyyələşdirilən layihələr üzərində işləyən şəxslər və onların ailələri iştirak edə bilər.

Aşılama üçün xarici vətəndaşlar və ya vətəndaşlığı olmayan şəxslər hər hansı bir kateqoriyaya uyğunluğunu təsdiq edən sənədi müəssisələrə təqdim etməlidirlər. Peyvənd olunmuş şəxslərin elektron sistemdə qeydiyyatı yalnız peyvənddən sonra həyata keçiriləcək", - deyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

Bizimlə əlaqə saxlayın