Gürcüstanın Avropa İttifaqındakı nümayəndəliyinin keçmiş rəhbəri Natalia Sabanadze sabiq baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasına qoşulub.
InterPress.ge xəbər verir ki, bu barədə G.Qaxariya məlumat verib.
Onun sözlərinə görə, N.Sabanadze partiyada beynəlxalq əlaqələr üzrə məsləhətçi vəzifəsini tutacaq.
Qeyd edək ki, N.Sabanadze bu ilin martın 21-də istefa verib.
