01 
Avq
2021
21:14
632

İrakli Ğaribaşvili və Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti baş tutdu

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili və Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti baş tutdu.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı baş nazirin mətbuat xidməti yayır.

Hökumət başçısı prezident Ərdoğana Türkiyəfə yanğın nəticəsində qurbanlar və ziyana görə Gürcüstan hökuməti və gürcü xalqının adından bir daha həmrəyliyini və dəstəyini ifadə edib.

"Türkiyə prezidenti İrakli Ğaribaşviliyə dəstəyinə görə, təşəkkürünü bildirdi.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, Gürcüstan baş naziri müvafiq xidmətlətə artıq tapşırıq verdi, lazım olduğu təqdirdə, dost və strateji partnyor Türkiyəyə müvafiq yardım göstərsinlər.

Həmçinin telefon söhbəti zamanı, İrakli Ğaribaşvilinin 1 iyunda Ankaraya baş tutan səfərinə xüsusi diqqət yetirildi. Baş nazir Ərdoğa yüksək səviyyəli ev sahibliyi üçün təçəkkürünü bildirdi. Ərdoğan Ğaribaşvilini bir daha Türkiyəyə dəvət etdi. Yüksək səviyyəli strateji şura iclasının yaxın gələcəkdə keçirilməsi vacibliyinə diqqət yetirildi.

Gürcüstanın baş naziri və Türkiyə prezidenti həmçinin Azərbaycan-Gürcüstan-Türkiyənin üçtərəfli əməkdaşlıq formatının inkişafı perspektivləri və əhəmiyyəti barəsində söhbət etdilər", - deyə məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər