Gürcüstan dövlət sərhədlərində yeniliklər tətbiq edəcək
Gürcüstanın bütün sərhəd-keçid məntəqələrində üztanıma funksiyalı “ağıllı kameralar” quraşdırılacaq.
InterPress.ge xəbər verir ki, yenilik barədə daxili işlər naziri Vaxtanq Qomelauri məlumat verib.
Daxili İşlər Nazirliyinin 10 illik fəaliyyət planını təqdim edən nazir bildirib ki, bütün şəhər və avtomobil magistralları da 13 minə yaxın ümumi görünüş və “smart kamera”larla əhatələnəcək.
V.Qomelaurinin sözlərinə görə, planda sərhəd polisində islahatlar və keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılmasına mühüm yer verilib: “Bütün sərhəd məntəqələri yenilənəcək və müasir texniki nəzarət vasitələri ilə təchiz olunacaq. Bununla yanaşı, sərhəd polisinin bütün helikopterləri təmir olunaraq modernləşdiriləcək. İki yeni helikopterin alınması planlaşdırılır”.