Kobaxidze seçkilərlə bağlı iddialı danışdı
"Məlumatımıza görə, "Gürcü Arzusu" 64 bələdiyyənin hamısında mer seçkilərində qalib gələ və 64 Sakrebuloda çoxluq təşkil edə bilər".
InterPress.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun sədri İrakli Kobaxidze deyib.
Kobaxidzenin IRI sorğusunu qiymətləndirərkən jurnalistlərə dediyinə görə, sorğu ilə bağlı hər zaman fərziyyələr olub.
“Bu mövzuda mövqeyimizi bilirsiniz. Sahə işləri ilə məşğul olan şirkətlə bağlı bəzi şübhələrimiz var. Əlavə olaraq müəyyən təcrübəmiz var. Bir daha təkrarlayacağam ki, əvvəlki seçkilər zamanı bu sorğulara əsaslanan fərziyyələr var idi, amma müxalifətin dedikləri heç vaxt özünü doğrultmadı. Bizim öz məlumatımız var, buna görə Gürcü Arzusu 64 bələdiyyənin hamısında mer seçkilərində qalib gələ və 64 Sakrebuloda çoxluq təşkil edə bilər. Bu bizim məlumatlarımızdır. Detallara girməyəcəyəm. Hər şey 2 oktyabrda, Gürcü Arzusu 64 bələdiyyənin hamısında inandırıcı şəkildə qalib gələndə görünəcək", - deyib Kobaxidze.


