03 
Avq
2021
14:10
857

Sadaxlı elində Türkiyəyə dəstək kampaniyası başladıldı

Marneulinin Sadaxlı kəndində Türkiyəyə yardım kampaniyasına start verilib.

Bu barədə InterPress.ge-yə sözü gedən kampaniyanın təşkilatçısı Rövşən İsgəndərov məlumat verib.

R. İsgəndərov qeyd edir ki, Türkiyəyə yardım məqsədi ilə ağac almaq üçün pul tolpanır.

“Bu gün Türkiyəyə dəstək məqsədi ilə hər bir fidan üçün 3 lari məbləğində yardım toplanılır, bu isə təxminən 10 tele edir. Toplanılan məbləğə Türkiyədə ağac alınacaq və Türkiyənin Gürcüstandakı səfirliyinin dəstəyi ilə Türkiyədə aldığımız ağacların əkimində iştirak edəcəyik”, - deyə R. İsgəndərov bildirib.

İsgəndərov eyni zamanda bu yardım kampaniyasına Gürcüstanın digər bölgələrindən qatılmaq istəyənlərə onunla əlaqə saxlamağı qeyd edir.

“Bu yardım kampaniyasına Gürcüstanın digər bölgələrindən qatılmaq istəyənlər mənimlə əlaqə saxlaya bilər. Hər bir yardım edən şəxsin yardım etdiyi məbləğ və ad-soyad qeydiyyata alınacaq. Yardım edilən məbləğ sənədləşdirilib Türkiyə səfirliyinə təqdim olunacaq”, - deyə R. İsgəndərov qeyd edir.

Rövşən İsgəndərov-la əlaqə saxlamaq üçün tel nömrə: +995-595-77-90-77

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər