Prezident brifinqdə əhaliyə çağırış etdi
Gürcüstan prezidenti vətəndaşları vaksinasiyaya çağırır.
InterPress.ge xəbər verir ki, bu barədə Salome Zurabişvili bu gün keçirilən brifinqdə bəyan edib.
Prezidentin dediyinə görə, bu gün vətənpərvərlik vaksinasiyadan keçir.
“Gürcüstan bu gün, tatix boyu necə olduğu kimi, yol ayrıcında durur. Bu gün gürcüstan kəskin çağırışlar qarşısındadır. Virusun yayılmasının bugünki rəqəmləri bizi narahat etməlidir, vaksinasiyaya qarşı çıxanlar başa düşməlidilər ki, onların münasibəti nə hansısa şəxsi seçimdir və nə də azadlıq ifadəsidir. Onların hərəkəti birbaşa başqasına, öz ailə üzvlərinə, qonsularına, tanışlarına və əslində bu kiçik ölkənin əhalisinə, onun sağlamlığına, həyat qabiliyyətinə, onun gələcəyinə təhlükə yaradır. Əsl vətənpərvərlik nə öyünməkdir, nə zoraklıqdır və nə də əzələ oyunlarıdır. Bu gün vətənpərvərlik və mərdlik vaksinasiyadan, ictimai şüurdan və məsuliyyətdən keçir”, – deyə Salome Zurabişvili bəyan edib.


