04 
Avq
2021
12:37
1090

Sinoptiklər açıqladı - Gürcüstanda yüksək tempraturlu istilər gözlənilir

Yaxın günlərdə Gürcüstanda yüksək tempraturlu istilər gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Ətraf Mühit üzrə Milli Agentlik yayıb.

“6-7 avqust tarixlərində Qərbi Gürcüstanda havanın temperaturu 40 dərəcəni, 7-9 avqustda isə Gürcüstanın şərqində 39 dərəcəni keçə bilər.

6-7 avqust tarixlərində Qara dənizin sahil bölgələrində, Yuxarı İmeretidə, Kolxeti ovalıqlarında və Qori-Surami hissəsində şərqdən güclü külək əsəcək.

Yüksək hava istiliyi və güclü küləklər meşə yanğınlarına səbəb ola bilər", - Milli Ətraf Mühit Agentliyi deyir.

Bizimlə əlaqə saxlayın