04 
Avq
2021
21:10
1396

Torpaq qeydiyyatı ilə bağlı açıqlama verildi

"Bugünkü vəziyyətə görə, torpaq sahələrinin üçdə biri qeydiyyat tələb edir".

InterPress.ge xəbər verir ki, Ədliyyə naziri, on illik fəaliyyət planının təqdimat mərasimində torpaq qeydiyyatı islahatının əhəmiyyətindən və bu istiqamətdə planlaşdırılan addımlardan danışıb.

"Bu məsələ bu dövrdə birdəfəlik və daimi olaraq həll olunacaq ki, bu ölkədə yaşayan hər bir insanın mülkiyyət hüquqları nümunə olaraq təmin edilsin", - deyib Rati Breqadze.

Nazirin sözlərinə görə, qarşıdakı 10 il ərzində torpaq fondunun qeydiyyatı prosesi tam başa çatacaq, bütün şəxsi, dövlət və bələdiyyə torpaq sahələri ölçülərək qeydiyyata alınacaq və vahid məlumat bazası yaradılacaq.

Sadələşdirilmiş torpaq qeydiyyatı prosedurları və pulsuz qeydiyyat xidmətləri torpaq qeydiyyatı prosesini əhali üçün mümkün qədər əlçatan edib və asanlaşdırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər