“2024-cü ilə qədər heç bir növbədənkənar seçkilər olmayacaq”.
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusunun” sədri, İrakli Kobaxidze bəyan edib.
Onun dediyinə görə, Şarl Mişelin razılaşması ləğv olunub və heç bir zaman bu cür razılaşma imzalanmayacaq.
“Razılaşması ləğv olunub, biz dəfələrlə dedik ki, gələcəkdə heç bir zaman bu cür razılaşmanı imzalamayacağıq. Burada söhbət müvəqqəti konstitusuya çərçivəsindən çıxmaq idi, ikinci dəfə heç bir zaman baş verməyəcək. Buna biz cavabdehik”.
