Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Baş nazir Marneulidə yeni inşa olunan azərbaycandilli məktəbdə olub

761
Baş nazir Marneulidə yeni inşa olunan azərbaycandilli məktəbdə olub
Dinləmək üçün basın

Gürcüstanın Marneuli rayonunun Candar kəndində yeni azərbaycandilli məktəbin tikintisi başa çatıb.

Gürcüstanın Marneuli rayonunun Candar kəndində yeni azərbaycandilli məktəbin tikintisi başa çatıb.

InterPress.ge xəbər verir ki, ölkənin Baş naziri İrakli Qaribaşvili təhsil və elm naziri Mixeil Çxenkeli, parlament sədri Kaxa Kuçava, regional inkişaf və infrastruktur naziri İrakli Kerseladze ilə birgə təhsil müəssisəsinə baş çəkib.

300 şagird üçün nəzərdə tutulan ictimai məktəb dövlət büdcəsi hesabına inşa olunub. Layihənin ümumi dəyəri 3 milyon 882 min lari təşkil edib.

Müasir standartlara cavab verən təhsil ocağında açıq və qapalı meydançalar, kitabxana, laboratoriyalar və siniflər yaradılıb. Məktəb yeni dərs ilindən etibarən şagirdləri qəbul etməyə hazırdır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →