18 
Avq
2021
10:35
1218

Bu şəxslər Ədliyyə Nazirliyinin xidmətlərindən güzəştlə faydalanacaqlar

Tam peyvənd olunan vətəndaşlar Ədliyyə Nazirliyinin xidmətlərindən güzəştlə faydalanacaqlar. 

InterPress.ge xəbər verir ki, sözügedən məlumatı kovid-kartların buraxılışında iştirak edən ədliyyə naziri Rati Breqadze açıqlayıb.

"Kovid-kartlarını Gürcüstanın demək olar ki, bütün filiallarından əldə etmək olar. Kartda şəxsin tam və ya qismən aşılanmış olması, son 72 saat ərzində keçirdiyi PISAR müayinəsi haqqında məlumat, həmçinin unikal QR kodu və  şəxsi məlunatlar əks olunacaq və müvafiq sənəddə ədliyyə nazirliyinin möhürü olacaq.

Kovid kartlarından xaricdə fəal şəkildə istifadə ediləcək. Dövlət, aşılanmış şəxslər haqqında məlumatların yaxın gələcəkdə beynəlxalq məlumat bazasında əks olunmasını təmin etmək üçün artıq AB ilə işləyir ki, bu da həm biznes, həm də turizm baxımından vətəndaşların səyahətini asanlaşdıracaq”.

Bizimlə əlaqə saxlayın