18 
Avq
2021
13:36
3466

Nazirdən açıqlama - Bu şəxslərə 500 lari veriləcək

Təcili yardım həkimləri 500 lari məbləğində əlavə pul alacaqlar. 

InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə naziri Ekaterine Tikaradze bildirib.

Qərar Koordinasiya Şurası tərəfindən avqustun 17 -də qəbul edilib.

"Koordinasiya Şurasının dünən verdiyi qərara əsasən, çalışdıqları bölgədən asılı olmayaraq, xüsusilə çətin şəraitdə çalışan təcili yardım həkimləri, dövlətdən əlavə 500 lari alacaqlar", - nazir deyib.

Ekaterine Tikaradzenin sözlərinə görə, bir çox siyasi partiyaların hökumət komandası və həkimləi qarşı-qarşıya gətirmək cəhdləri var.

"Aşağıdakı faktı qeyd etmək istərdim ki, bir sıra siyasi partiyaların istər pulla olsun, istər həkimlərə təşəkkürlə olsun, hökumət komandası ilə həkimlər arasında qarşıdurma yaratmaq cəhdləri var. Hər kəsdən xahiş etmək istərdim ki, bu gün belə mübahisələrin vaxtı deyil.  Həkimlərin bütün maraqları dövlət tərəfindən qorunur. Təxminən bir ildir həkimlərə əlavə maaşlar köçürülür, bunlar dövlət tərəfindən ətraflı təsvir olunur və tibb işçilərinin əmək haqqı olduqca yüksəkdir", - deyib Tikaradze.

Səhiyyə naziri çətin vəziyyətdə gördükləri işlərə görə həkimlərə bir daha təşəkkür edib və dövlətin onların yanında olduğunu qeyd edib.

"Həkimlərimizin köməyi ilə heç bir xəstə köməksiz qalmır. Bir daha bütün tibb ictimaiyyətinə, bütün xəstəxanalara, ilk gündən bu prosesdə iştirak edən bütün həkimlərə təşəkkür etmək istəyirəm", - deyə nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın