Günlərdir harada olduğu bilinməyən Əfqanıstan prezidenti əhaliyə müraciət etdi
Əfqanıstan prezidenti vəzifəsindən istefa verən Əşrəf Qani ölkəni tərk edərkən özü ilə pul götürmədiyini iddia edib.
InterPress.ge xəbər verir ki, bunu Əfqanıstanın istefa verən prezidenti Əşrəf Qani sosial şəbəkə vasitəsilə əhaliyə müraciətində deyib.
“Məni özümlə külli miqdarda pul aparmaqda günahlandırırlar. Ancaq bunların hamısı yalandır, ölkəni bir köynəkdə, çalmada və ayaqqabıda tərk etdim, çantada cəmi bir neçə kitab götürə bildim”, - deyə o əlavə edib.
O, həmçinin yaxın zamanda Əfqanıstana qayıdacağını bildirib.
“Əfqanıstanı tərk etməyə məcbur oldum. Qan tökülməsinin səbəbkarı olmaq istəmirdim. “Taliban” Kabilə daxil olmayacağı barədə söz versə də, əvvəlcədən prezident sarayını mühasirəyə almışdı. Tezliklə Əfqanıstana qayıdacağam".


