01 
Sen
2021
20:48
2048

Marneulidə zəncirvari qəza baş verdi - FOTO

Marneulinin Şulaveri kəndində qəza baş verib.

InterPress.ge-nin əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, üç avtomobil - Opel, Şkoda və Fort markalı avtomobil bir-biri ilə toqquşub.

Şahidlərin verdiyi məlumata görə, Opel markalı avtomobil yüksək sürətlə hərəkət edərkən idarəetməni itirərək avtomobillərə çırpılıb.

Qəza zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin patrul polis əməkdaşları cəlb olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər