Güclü yağış Kutaisidə problemlər yaradıb.
InterPress.ge xəbər verir ki, güclü yağış nəticəsində küçələri və bir neçə evi su basıb.
Yerli sakinlərin dediyinə görə, işlər gecikdiyindən drenaj kanalları tıxanıb, həm də nəqliyyat vasitələrinin yolda hərəkət etməsi çətinləşib.
Əhali problemin həllini tələb edir. Kutaisidə iki gündür ki, güclü yağış yağır.
