Zelenski: "Ukrayna AB və NATO -ya üzv olmağa hazırdır"
"Ukrayna AB və NATO -ya üzv olmağa hazırdır".
InterPress.ge xəbər verir ki, ukrayna mətbuatının yazdığına görə, bunu Ukrayna Prezidenti Vladimer Zelenski kiyevdə keçirilən forumda çıxışında bildirib.
"Biz düşünürük ki, NATO-ya lazımıq. Düşünürük ki, Ukraynasız güclü AB olmayacaq. Mən bunu açıq şəkildə bəyan edirəm. Düşünürəm ki, Ukrayna olmadan NATO itirəcək. Düşünürəm ki, Ukrayna olmadan AB tədricən zəifləyəcək", - Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna ordusu, mütəxəssisləri, mövcud islahatlarının səviyyəsini nəzərə alaraq NATO -ya üzv olmağa hazırdır.
Zelenskinin qeyd etdiyinə görə, əgər NATO və AB Rusiyanı gücləndirmək istəyirsə, Ukraynanı qəbul etməməlidir. Onun sözlərinə görə, qərb AB və NATO-nun güclü qalmasını isdəyirsə, Avropada ən böyük əraziyə və bir neçə müharibə keçirimiş əhaliyə sahib olan Ukrayna kimi bir ölkə, bu birliklərdə olmalıdır.


