04 
May
2020
08:48
3332

Azər Süleymanov son zamanlarda soydaşlarımıza qarşı ünvanlanan təhqirlərə münasibət bildirib

Gürcüstan parlamentinin müxalif deputatı Azər Süleymanov son zamanlarda soydaşlarımıza qarşı işlədilən təhqiramiz ifadələrə münasibət biıdirib.

InterPress.ge xəbər verir ki, millət vəkili Azər Süleymanov bu haqda öz Facebook səhifəsində yazıb.

Süleymanov Zaza Abaşidzenin Marneuli sakinlərinə qarşı işlətdiyi təhqiramiz ifadələrə etirazını bildirib.

"Son zamanlar ictimaiyyətdə və başqa başqa sosial şəbəkələrdə Gürcüstan vətəndaşları olan azərbaycanlılara qarşı xoşagəlməz və aqressiv bəyanatları eşitməkdəyik. Buna misal olaraq dünən milli əlyazmalar mərkəzinin direktoru Zaza Abaşidzenin Kvemo Kartlidə yaşanan vətəndaşları təhqir etdiyini göstərmək olar.

Təəssüflər olsun ki, bu cür hərəkətlər hökumət tərəfindən təşviq olunur. Bir tərəfdən bu hadisələrə lazımi reaksiya verilmir , digər tərəfdən bu cür insanlar yüksəldilir və vacib vəzifələrə təyin olunurlar Gürcü Arzusu nun etnik azlıqlara qarşı aqressiv kampaniyasından korrupsiyanı, hərəkətsizliyini və ağır iqtisadi problemlərini ört-basdır etmək üçün istifadə etdiyi açıq-aşkar ortadadır. Demək istərdim ki, biz Gürcüstanın tam hüquqlu vətəndaşlarıyıq və vətənimiz Gürcüstanın vətənpərvərləriyik. Pandemiya ilə mübarizə qaydalarına riayət etməyin, həkimlərin və mütəxəssislərin yanında olmağın və kömək göstərməyin vacib olduğunu bilirik. Gürcüstan üçün bu və digər çətin dövrlərdə biz hər zaman dövlətimizin maraqlarına uyğun olaraq davranırıq və dövlətimizin yanında olmuşuq. Zaza Abaşidzenin bu ifadəsi, sözün həqiqi mənasında, düşmənin, işğalçı ölkənin dəyirmanına su tökən, etnik qarşıdurmanı qızışdırmaq cəhdidir. Əminəm ki, Gürcüstan vətəndaşları Zaza Abaşidzenin davranışını adekvat qiymətləndirəcək və o dövlət əleyhinə davranışa görə məsuliyyət daşıyacaq", - deyə Süleymanov facebook-da yazır.

Qeyd edək ki, ötən gün Əlyazmalar Mərkəzinin rəhbəri, Zaza Abaşidze "Facebook" sosial şəbəkəsi vasitəsiylə paylaşdığı statusunda, soydaşlarımıza qarşı "Marneulidə onları kənddə saxlamalı və onları qırmaq lazımdır" deyə təhqiramiz ifadələrə işlədib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər