17 
Sen
2021
14:39
473

Nazir epidemioloji vəziyyətlə bağlı vətəndaşlara müraciət etdi

"Azalan koronavirus infeksiyası fonunda əhalinin qaydalara riayət etməsinə davam etməsi vacibdir".

InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə naziri Ekaterine Tikaradze deyib.

"Təqdim olunan bütün qaydaların icrasına ciddi nəzarət etmək vacibdir. Sosial tədbirlərin keçirilməsini, maska taxmağı, sosial məsafəni nəzərdə tuturam. Həmçinin, ictimai nəqliyyat işə salındıqdan sonra, infeksiyanın yenidən yayılmasına səbəb olmamaq üçün sərnişinlərin yenidən bölüşdürülməsi Səhiyyə Nazirliyi tərəfindən verilən tənzimləmə ilə mütənasib olmalıdır. İnfeksiyanın yayılmasının azalmasının bu mərhələdə dayanması diqqət çəkir ki, bu da yüngülləşdirməyə başlamaq qərarımızı almağa əsas vermişdi. Həmçinin əlavə azalma müşahidə olunmur.

Məhz bu səbəbdən, bu mərhələdə cəmiyyətimizin daha çox səfərbər olması və Səhiyyə Nazirliyi tərəfindən verilən zəruri qaydalara daha çox həmrəy olması infeksiyanın azalmasının bu səviyyədə dayanmaması və davam etməsi üçün çox vacibdir. Həmçinin infeksiya çoxalmamalıdır", - deyib Tikaradze.

Bizimlə əlaqə saxlayın