"Gələcəkdə Samqori-Lilo-Rustavi yerüstü metrosu məsələsi müzakirə olunacaq".
InterPress.ge xəbər verir ki, bunu paytaxt meri Kaxa Kaladze deyib.
Kaxa Kaladzenin dediyinə görə, Samqori-Lilo-Rustavi yerüstü metrosuna dair texniki-iqtisadi araşdırmalar artıq həyata keçirilib.
"Araşdırmalar iki istiqamətdə aparıldı, Samqori-Lilo və Lilo-Rustavi yerüstü metrosu. Layihənin təfərrüatlarını müzakirə etməmişik, çünki pandemiya şəraitində bir çox layihədən imtina etməli və bir çox şeyi müvəqqəti dayandırmalı olduq. Gələcəkdə bu barədə mütləq müzakirələr olacaq. Əlavə texniki -iqtisadi araşdırmaları gözləyirik və yaxın gələcəkdə hər şeyi biləcəyik", - Kaladze bəyan edib.
.png)