21 
Sen
2021
18:07
423

Kənan Ömərov seçkiqabağı kampaniya çərçivəsində əhali ilə görüşlərini davam etdirir - FOTO

"Gürcü Arzusu - Demokratik Gürcüstan"ın Marneuli merliyinə namizədi Kənan Ömərov, Kəpənəkçi inzibati ərazi vahidinə daxil olan kəndlərin sakinləri ilə görüşüb.

InterPress.ge xəbər verir ki, görüşdə namizəd, yerli sakinlərin ehtiyaclarını dinləyib.

Görüşlərə - Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallı və „Gürcü Arzusu“ seçki qərargahının Marneuli üzrə rəhbəri Amiran Qiorqadze qatılıb.

„Qeyd edim ki, Kəpənəkçi inzibati ərazi vahidində mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Həmçinin içməli su şəbəkəsinin qurulması üçün genişmiqyaslı layihəni də qeyd etmək istərdim. Kəpənəkçi kəndlərində suvarma suyu məsələsi problem olaraq qalır. Bu səbəbdən, komandamız Munisipalitetin büdcəsini yenə əhalinin tələbatlarına uyğun olaraq planlaşdıracaqdır" - deyə Kənan Ömərov bəyan edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər