21 
Sen
2021
20:37
557

Okriaşvili Dmanisidə olanlara münasibət bildirdi

"Dmanisi merliyinə namizədin seçkiqabağı görüşündə iki müxalifətçini bıçaqladılar".

InterPress.ge xəbər verir ki, bunu Parlamentin müxalifət millət vəkili Kaxa Okriaşvili deyib.

Okriaşvilinin sözlərinə görə, Dmanisi merliyinə razılaşdırılmış namizəd Qiorqi Tatuaşvili ilə onun təşkil etdiyi seçkiqabağı görüş zamanı "Oçneba"nın nümayəndələri Qantiadi kəndində müxalifət fəallarını yaralayıblar.

“Qantiadi kəndində müxalifət fəallarına seçki öncəsi toplantı zamanı hücum edildi və bıçaq zərbələri endirildi. Hücum edən şəxslər 2020 -ci il Parlament seçkilərində mənə və tərəfdarlarıma hücum edən adamlardır və onlar artıq məhkumdurlar. Bu insanlar: Zurab Okmelaşvili, "Oçneba"nın majoritar namizədi Mixail Dautaşvili və oğlu Davit Dautaşvilidir. Hər iki müxalifət tərəfdarı artıq xəstəxanaya aparılıb.  Faktı təsdiqləyən video-qeydlər var.  Müvafiq qurumlara müraciət edirəm - cinayətkarların həbs olunmasını və ən qısa zamanda cavab verilməsini gözləyirik", - Okriaşvili bəyan edib.

Bizimlə əlaqə saxlayın