Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanda oktyabrın 4 -dən etibarən təhsil prosesinin hansı formada bərpa ediləcəyi məlum oldu

2,183
Gürcüstanda oktyabrın 4 -dən etibarən təhsil prosesinin hansı formada bərpa ediləcəyi məlum oldu
Dinləmək üçün basın

"Ölkədəki epidemioloji vəziyyət fonunda təhsil prosesini siniflərdə bərpa etmək mümkündür".

"Ölkədəki epidemioloji vəziyyət fonunda təhsil prosesini siniflərdə bərpa etmək mümkündür".

InterPress.ge xəbər verir ki, bunu Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

Onun sözlərinə görə, müvafiq qaydalara riayət etmək və maska taxmaq lazımdır. Müəllimlər üçün əsas tövsiyə hələ də peyvənddir.

“Tədricən, ölkədə epidemiya vəziyyəti sabitləşməyə və sakitləşməyə doğru gedir. Bir çox rayon və bölgələrdə vəziyyət elədir ki, təhsilə davamiyyətli formada başlamaq mümkündür. Göstərdikləri böyük məsuliyyət üçün müəllimlərimizə təşəkkür edirəm. Məktəbin təhlükəsiz olması üçün ailənin özü təhlükəsiz olmalı və aşılanmalıdır”, - deyib Amira Qamğrelidze.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →