27 
Sen
2021
16:24
1405

Marneulidə Saakaşvilinin qayıtması ilə bağlı aksiya keçiriləcəkmi? - VMH üzvündən açıqlama

"Vahid Milli Hərəkat" partiyasında Mixail Saakaşvilin Gürcüstana gəlməsi tələbi ilə aksiyanın keçirilməsi barədə məlumatlar təkzib edilib və bunun həqiqətə uyğun olmadığı bildirilib.

InterPress.ge xəbər verir ki, yerli təşkilatın rəhbəri Qiorqi Mumladze, Zaur Darğallının "Milli Hərəkat"ın Şulaver yolunu bağlayaraq aksiya keçirməyə hazırlaşdığı bəyanatına münasibət bildirib.

Mumladzenin sözlərinə görə, əgər əhali hər hansı bir şəkildə öz fikrini bildirmək və etiraz etmək qərarına gəlsə, bu onların konstitusiya hüququdur və müdaxilə edilməməlidir.

"Heç bir aksiya keçirməyi planlaşdırmırıq. Üstəlik, bir saat sonra Qərbi Gürcüstana gedəcəyəm. Əgər əhali hər hansı bir şəkildə fikir bildirmək qərarına gələrsə, bu onların konstitusiya hüququdur", - deyib Qiorqi Mumladze.

Bizimlə əlaqə saxlayın