28 
Sen
2021
12:12
745

Baş nazir Saakaşvilinin bəyanatına belə münasibət bildirdi

"Saakaşvili torpağımıza girən kimi, ərazimizə ayaq basan kimi tutularaq həbs ediləcək, bu prosesə mane olanların hamısı qanun çərçivəsində sərt şəkildə cəzalandırılacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili bildirib.

İrakli Ğaribaşvilinin qeyd etdiyinə görə, Mixail Saakaşvili 8 ildir ki, təhdid edir və qorxaq olduğu üçün gələ bilmir, həbsxanaya gedəcəyini bilir.

"Mixo nə dedi, nə dedi? Gəlirəm dedi? Əhaliyə izah etmək istəyirəm - Saakaşvilinin yeganə vəzifəsi və məqsədi ölkəmizə iğtişaşlar gətirmək və sabitliyi pozmaqdır. Onun yeganə istəyi və məqsədi yenidən hakimiyyətə qayıtmaqdır ki, bu da Saakaşvili və onun qatil, zalım komandası üçün əlçatmaz bir xəyaldır. Bu gün dövlət güclüdür. Mixo və dəstəsi bunun 2003 -cü il olduğunu düşünməsin. Qanun çərçivəsində hər bir təxribata görə hər kəsə müvafiq cavab veriləcək. Tutaq ki, bu ləçəri biz tərəfə qovdular və gecə gəldi, daha sonra nə olmalıdır? Bu torpaqda heç kim qanunun icrasının qarşısında dura və ona qarşı çıxa bilməz. Buna qarşı çıxanlar da həbsxanaya girəcəklər. Qanun və dövlət adına buna zəmanət veririk", - deyib Ğaribaşvili.

Onun sözlərinə görə, Saakaşvili məhkumdur, ölkəyə düzəlməz ziyan vurduğu üçün həbsxanaya layiqdir.

"İnsanların çıxıb məni qoruyacağı çağırışları tamamilə yalan və saxtakarlıqdır. Bu yazıq nə fikirləşir? Pik dövrdə 5 min adamı zorla toplaya bildilər. Bir də bizdən neçə nəfəri, neçə tərəfdarı səfərbər edə biləcəyimizi soruşsunlar. Saakaşvilini ona qəzəbli 10 min insan qarşılayacaq. İnsanları yalana salaraq bir növ qarışıqlıq yaratmağa çalışırlar. Cavab çox sadədir - Saakaşvili torpağımıza girən kimi, ərazimizə ayaq basan kimi tutularaq həbs ediləcək, bu prosesə mane olanların hamısı qanun çərçivəsində sərt şəkildə cəzalandırılacaq", - baş nazir bəyan edib.

Bizimlə əlaqə saxlayın