Parlament çoxluğunun üzvü: "Saakaşvilinin 18 -ci vədidir ki, bəzən dəniz, bəzən hava, bəzən tunellə gəlir"
"Saakaşvilinin 18 -ci vədidir ki, bəzən dəniz, bəzən hava, bəzən tunellə gəlir, onunla əlaqəli bütün zarafatlar bitdi - o, seçicilərini 18 dəfə "bir kənara atdı".
InterPress.ge xəbər verir ki, Parlament çoxluğunun üzvü Mixail Ğavelaşvili keçmiş prezident Mixail Saakaşvilinin Gürcüstana gəlməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Onun sözlərinə görə, Saakaşvili yəqin ki, vəziyyəti müşahidə edəcək və buna uyğun hərəkət edəcək. Ğavelaşvilinin sözlərinə görə, Saakaşvili günahkardır və gələcəyi təqdirdə saxlanılacaq.
"Saakaşvilinin nə edəcəyi məni maraqlandırmır, onun gəlməsi və ya gəlməməsi barədə heç bir şey düşünmürəm. Gələcəyi təqdirdə qanun icra olunmalıdır, bunu hamımız bilirik. Hamımız bilirik ki, bu, seçki mövzusuna xidmət edir, ehtimal ki, vəziyyəti, mühitin necə olacağını nüşahidə edəcək və buna uyğun hərəkət edəcək, yeni bir şey yoxdur. Bu adamın ölkənin ilk adamı olması, bu gün belə bir vəziyyətdə olması və bu cür açıqlamalar verməsi təəssüf doğurur. Məsuliyyət hiss etmir, Saakaşvilinin 18 -ci vədidir ki, bəzən dəniz, bəzən hava, bəzən tunellə gəlir, düşünürəm ki, onunla əlaqəli bütün zarafatlar bitdi. Bunun ötəsində verdiyi bəyanatlar sabun köpüyüdür, heç bir şey etməyib və ölkəni də belə idarə edirdi. Mixail Saakaşvili seçicilərini 18 dəfə "bir kənara atdı", - deyib Ğavelaşvili.


