Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Tamar Qabunia valideynlərə çağırış etdi

784
Tamar Qabunia valideynlərə çağırış etdi
Dinləmək üçün basın

"Valideynləri peyvənd olunmağa çağırırıq, çünki bu gün məktəb mühitində epidemioloji vəziyyətin pisləşməsinin qarşısını almaq və məktəbin bütün tədris müddəti ərzində açıq qalması vacibdir".

"Valideynləri peyvənd olunmağa çağırırıq, çünki bu gün məktəb mühitində epidemioloji vəziyyətin pisləşməsinin qarşısını almaq və məktəbin bütün tədris müddəti ərzində açıq qalması vacibdir".

InterPress.ge xəbər verir ki, bu barədə brifinqdə Səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Səhiyyə nazirinin müavininin qeyd etdiyinə görə, bu gün kiçik uşaqların da maska taxması vacibdir və valideynlər koronavirus peyvəndi ilə aşılanmalıdır.

"Növbəti dövrdə ətrafımızda epidemioloji risklər daima olacaq, lakin bu, konkret halda sinifdə öyrənmənin bərpası kimi prosesləri təşviq etməyimizə mane olmamalıdır. Qaydalar uzun müddətdir mövcuddur, necə davranacağımızı bilirik, ancaq artıq kiçik yaşlarda, aşağı siniflərdə də maskadan istifadə etmək əlavə bir tələbdir. Digər işçilərin və valideynlərin aşılanması fəal şəkildə davam etməlidir.

Bu gün kiçik uşaqlarda peyvənd haqqında danışa bilmədiyimiz üçün təbii olaraq bir uşaq üçün ən yaxşı qoruma vasitəsi ətrafındakıları aşılamaqdır. Valideynlər üçün başqa bir çağırış və tələb, hələ aşılanmayıblarsa, aşılanmalarıdır, çünki bu gün məktəb mühitində epidemioloji vəziyyətin pisləşməsinin qarşısını almaq və açılacaq olan məktəbin bütün tədris müddəti ərzində açıq qalması vacibdir. Peyvənd və maskadan istifadə bu gün bu vəziyyətdə iki əsas həlldir", - Tamar Qabunia bəyan edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →