Ermənistanın keçmiş müdafiə naziri saxlanılıb
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi ölkənin sabiq müdafiə naziri Davit Tonoyanı külli miqdarda pul mənimsəməkdə günahlandıraraq həbs olunması üçün məhkəməyə müraciət edib.
InterPress.ge xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
"David Tonoyan saxlanıldı və xüsusilə böyük miqdarda pulu, 2.2 milyard erməni dramını (4.5 milyon dollar) mənimsəməkdə günahlandırılır. Həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə vəsatət göndərilib", - agentlikdə deyirlər.
Davit Tonoyanın iştirakçılardan biri olduğu cinayət işi, Silahlı Qüvvələr üçün döyüş sursatı alarkən Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarının vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə əlaqədardır. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, sursat təchizatı şirkətinin rəhbəri də saxlanılıb.
David Tonoyan 2018 -ci ildə Ermənistanın müdafiə naziri təyin edilib. O, 2020-ci ilin noyabrında Dağlıq Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra istefaya göndərilib.


