02 
Okt
2021
10:33
2827

Mixail Saakaşvili həbsxanadan məktub paylaşdı və müraciət etdi - FOTO

Gürcüstanın üçüncü prezidenti həbsxanadan məktub paylaşıb və Gürcüstan vətəndaşlarına müraciət edib.  

InterPress.ge xəbər verir ki, Mixail Saakaşvili ictimaiyyəti seçkilərə qatılmağa çağırıb və Gürcüstana gəlişinin yaxşı düşünülmüş olduğunu və bütün ssenarilərə hazır olduğunu yazıb.

Üçüncü prezidentin sözlərinə görə, ölkənin demokratik inkişafı və beynəlxalq tərəfdaşların dəstəyi Gürcüstan vətəndaşlarından asılıdır.

"Əziz silahdaşlarım və sevimli gürcü icması, hər şeyi Kiyevdə qoyub bura gələndə bilirdim ki, Putinin göstərişi ilə çıxarılan, tamamilə uydurma, saxta hökmlərlə həbs olunacağam. Rusiyadan başqa dünyanın heç bir ölkəsi bu hökmü tanımır, amma yenə də ölkəmə və hər birinizə inandığım üçün gəldim. Hamınızdan xahiş edirəm ki, heç bir səs itməsin deyə sabah seçkiyə gedin və bundan sonra hamımız referendumun nəticələrini birlikdə müdafiə edək. Mənim azadlığım və daha da önəmlisi Gürcüstanın azadlığı tamamilə sizin aktivliyinizdən və önümüzdəki günlərdə döyüş qabiliyyətinizdən asılıdır. Beynəlxalq dəstək də bundan asılıdır.  Qələbənin əlimizdə olduğuna inanmaqdan çəkinməyin, sizi sevirəm, sizin sadiq Mixail Saakaşviliniz".

Bizimlə əlaqə saxlayın