02 
Okt
2021
10:36
4491

Marneulidə ağır yol qəzası baş verdi: Bir nəfər gənc həyatını itirdi – FOTO

Marneulinin Şulaveri-Qullar yolunda ağır yol qəzası baş verib.

InterPress.ge xəbər verir ki, yüksək sürətlə hərəkət edən avtomobil havanın yağışı olması səbəbindən sürüşərək idarəetməni itirib və yol kənarındakı ağaclara çırpılıb.

Qəza nəticəsində avtomobildə iki nəfər gənc olduğu bildirilir. Hadisə yerində DİN əməkdaşının verdiyi məlumata görə, onlardan bir nəfər həyatını itirib, digəri isə ağır vəziyyətdə xəstəxanadadır.

Hadisə yerinə təcili tibbi yardım, polis və ekspertiza cəlb olunub.

Bizimlə əlaqə saxlayın